Sanremo 2017 müsabiqəsinin qalibi İtaliyanı Avroviziyada təmsil etməyə razılaşdı.

Avroviziya Mahnı Müsabiqəsinin yaranmasının əsas səbəbkarı olan “SANREMO” müsabiqəsi bu ildə İtaliyanın Avroviziya təmsilçisini seçdi.

SANREMO 2017 finalçıları:

  1. Elodie – Tutta colpa mia (8)
  2. Michele Zarrillo – Mani nelle mani (11)
  3. Sergio Sylvestre – Con te (6)
  4. Fiorella Mannoia – Che sia Benedetta (2-ci yer)
  5. Fabrizio Moro – Portami via (7)
  6. Alessio Bernabei – Nel mezzo di un applauso (15)
  7. Marco Masini – Spostato di un secondo (13)
  8. Paola Turci – Fatti bella per te (5)
  9. Bianca Atzei – Ora esisti solo tu (9th)
  10. Francesco Gabbani – Occidentali’s Karma (qalib)
  11. Chiara – Nessun posto è casa mia (14th)
  12. Clementino – Ragazzi fuori (16)
  13. Ermal Meta – Vietato morire (3-cü yer)
  14. Lodovica Comello – Il cielo non mi basta (12)
  15. Samuel – Vedrai (10)
  16. Michele Bravi – Il diario degli errori (4)

Müsabiqənin qalibi Francesco Gabbani İtaliyanı “Occidentali’s Karma” adlı mahnı ilə dünyanın ən böyük mahnı müsabiqəsində təmsil edəcək.

Gecədə Sanremo 2017-nin xüsusi mükafatları da öz sahiblərini tapıb: 

  • Mia Martini Tənqidçilər Mükafatı: “Vietato morire” ilə Ermal Meta
  • Lucio Dalla Mətbuat Mükafatı: “Che sia benedetta” ilə Fiorella Mannoia
  • Ən yaxşı aranjman üçün Giancarlo Bigazzi Mükafatı : “Di rose e di spine” ilə Al Bano
  • Ən yaxşı mahnı sözünə görə Lunezia Mükafatı: “Portam” ilə Fabrizio Moro.

QALİB HAQQINDA 

Müğənni /bəstəkar Francesco Gabbani 1982-ci ildə Karrara şəhərində anadan olub. Francesco, ilk dəfə keçən il Sanremo müsabiqəsində iştirak edib. Həmin il “Amen” ilə “Yeni Gələnlər” kateqoriyasının və “Mia Martini Tənqidçilər” mükafatının qalibi olmuşdur.

 

 

There are currently no comments.