İspaniya Kiyevdə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsi 2017-də təmsil edəcək ifaçının adına “Objetivo Eurovisión 2017″ seçim turu ilə aydınlıq gətirildi.

Jaime Cantizanonun aparıcılıq etdiyi şouda İspaniyanın keçmiş təmsilçiləri Barei (2016), David Civera (2001) və Karina (1971) da iştirak edib.

Objetivo Eurovisión 2017 seçim turunun iştirakçıları:

  1. Manel Navarro – Do It For Your Lover (Sevgilin üçün et)
  2. LeKlein – Ouch!!
  3. Paula Rojo – Lo Que Nunca Fue (Heç olmadığı şey)
  4. Mario Jefferson – Spin My Head (Başımı döndür)
  5. Maika Barbero – Momento Crítico (Kritik an)
  6. Mirela – Contigo (Səninlə)

Şounun qalibi 50 faiz tamaşaçı, 50 faiz isə münsiflərin səsinə əsasən müəyyən edilib.

Seçim turunun sonunda Contigo (Səninlə) adlı mahnı ilə seçim turunun favorit iştirakçısı Mirela və Do It For Your Lover (Sevgilin üçün et) adlı mahnı ilə Manel Navarro eyni xal topladı. Münsiflərin qərar ilə İspaniyanı Kiyevdə 20 yaşlı Manel Navarro təmsil edəcək.

.

There are currently no comments.