Avroviziya fanları üçün bu həftə sonu da kifayət qədər əyləncəli olacaq. Bu həftəsonu demək olar ki milli finala doyacaq və gələn həftə sonuna kimi danışacağımız kifayət qədər mövzumuz olacaq. Super həftəsonunda 7 müxtəlif ölkədə 7 milli final həyacanını yaşayacağıq. Şübhəsiz ən həyəcanlı anlar İspaniya və İtaliya milli finalı zamanı yaşanacaq. Çünki bu gecə, İspaniyanın və İtaliyanın Eurovision 2017 Mahnı Müsabiqəsində təmsilçisi məlum olacaq.

Estoniya bu gündən etibarən Eesti Laul 2017 müsabiqəsinin birinci yarıfinalı ilə öz təmsilçi axtarışına başlayacaq. Macarıstanın A Dal 2017, İsveçin Eurovision qədər məşhur olan Melodifestivalen 2017 şousunda və Ukrayna milli finalında 2-ci yarıfinal həyacanı yaşanacaq. Eurovision Mahı Müsabiqəsinin ən uzun müddətdə təmsilçisini seçən Litavanın “Eurovizijos” dainų konkurso nacionalinė atranka müsabiqəsinin 6-cı şousu keçiriləcək. İspaniyanın Objetivo Eurovisión və Eurovisionun əsinlənildiyi İtaliyanın Sanremo 2017 müsabiqəsinin isə qalibləri məlum olacaq.

Bu şoulara necə və saat neçədə baxmaq üçün mütləq aşağıdakı məlumatları incələyin:

Estonia Estoniya – Eesti Laul 2017-nin birinci yarıfinalına buradan baxa bilərsiniz (Saat – 23:35)

Hungary Macarıstan – A Dal 2017-nin ikinci yarıfinalına buradan baxa bilərsiniz (Saat – 21:30)

Sweden İsveç – Melodifestivalen 2017-nin ikinci yarıfinalına buradan baxa bilərsiniz (Saat – 23:00)

Ukraine Ukrayna – Milli Seçim Turunun ikinci yarıfinalına buradan baxa bilərsiniz (Saat – 21:00)

Lithuania Litva – “Eurovizijos” dainų konkurso nacionalinė atranka müsabiqəsinin 6-cı şousuna buradan baxa bilərsiniz (Saat 23:00)

Spain İspaniya – Objetivo Eurovisión müsabiqəsinin finalına buradan baxa bilərsiniz (Saat 01:00)

Italy İtaliya – Sanremo 2017 müsabiqəsinin finalına buradan baxa bilərsiniz (Saat 23:35)

*Saatlar hamısı Bakı vaxtı ilə verilib

There are currently no comments.