Bu axşam Melodifestivalen 2017 müsabiqəsinin ikinci yarıfinalı ilə İsveç öz Eurovision təmsilçisini seçməyə davam edəcək. Melodifestivalen 2017 müsabiqəsi 4 yarıfinal, ikinci şans və final şoularından ibarət olacaq. Juri və tamaşaçı səsverməsi ilə hər yarıfinaldan 2 iştirakçı birbaşa finala, 2 iştirakçı isə ikinci şans şousuna adlayacaq. İkinci şans şousundan isə 4 iştirakçı finala vəsiqə qazanacaq və beləliklə finalda 12 iştirakçı iştirak edəcək.

Bu ilki Melodifestivalen mahnı müsabiqəsinin təqvimi aşağıdakı kimidir:

  • Birinci Yarıfinal – 4 fevral – Scandinavium, Gothenburg
  • İkinci Yarıfinal – 11 fevral – Malmö Arena, Malmö
  • Üçüncü Yarıfinal – 18 fevral – Vida Arena, Växjö
  • Dördüncü Yarıfinal – 25 fevral – Skellefteå Kraft Arena, Skellefteå
  • İkinci Şans – 4 mart – Saab Arena, Linköping
  • Final – 11 mart –  Friends Arena, Stokholm

Bu axşamkı ikinci yarıfinalda iştirak edəcək iştirakçılar isə bunlardır:

  1. Mariette – “A Million Years”
  2. Roger Pontare – “Himmel och hav”
  3. Etzia – “Up”
  4. Allyawan – “Vart har du vart”
  5. Dismissed – “Hearts Align”
  6. Lisa Ajax – “I Don’t Give A”
  7. Benjamin Ingrosso – “Good Lovin”

Biz də INFE Azerbaijan olaraq bu axşamkı Melodifestivalenin ikinciyarımfinalını qiymətləndirdik. Səsvermədə iştirakçı jurilər olaraq – INFE Azerbaijan prezidenti Orxan Ağayev, INFE Azerbaijan xəbərlər üzrə baş redaktoru Abdulla Həsənli və INFE Azerbaijan üzvləri Sərxan Khan, Elnur Məmmədov, Mirlazım Dadaşsoy, Orxan Nadirov iştirak ediblər. Əvvəlcə hər iştirakçı jurinin səslərinə ayrı-ayrılıqda baxıb, daha sonra isə ümumi nəticəni qeyd edəcəyik. Belə ki, iştirakçı jurilərin ayrı-ayrılıqda iştirakçılar üçün sıralamaları belədir:

Orxan Ağayev Abdulla Həsənli Sərxan Khan Elnur Məmmədov Orxan Nadirov Mirlazım Dadaşsoy
1 Mariette 1 Mariette 1 Mariette 1 Mariette 1 Lisa Ajax 1 Mariette
2 Roger Pontare 2 Roger Pontare 2 Benjamin Ingrosso 2 Etzia 2 Mariette 2 Benjamin Ingrosso
3 Dismissed 3 Lisa Ajax 3 Roger Pontare 3 Allyawan 3 Benjamin Ingrosso 3 Roger Pontare
4 Benjamin Ingrosso 4 Etzia 4 Etzia 4 Lisa Ajax 4 Dismissed 4 Etzia
5 Etzia 5 Benjamin Ingrosso 5 Lisa Ajax 5 Dismissed 5 Etzia 5 Dismissed
6 Allyawan 6 Dismissed 6 Dismissed 6 Roger Pontare 6 Allyawan 6 Lisa Ajax
7 Lisa Ajax 7 Allyawan 7 Allyawan 7 Benjamin Ingrosso 7 Roger Pontare 7 Allyawan

Sıralamaları 1-7 arasında qiymətləndirib, həmin iştirakçılar üçün xalları topladıqda isə ümumi xallar aşağıdakı kimidir:

Sıra İştirakçı Ümumi

Xal

 1 Mariette – “A Million Years”

 

   41
 2 Roger Pontare – “Himmel och hav”

 

   25
 3 Benjamin Ingrosso – “Good Lovin”

 

   25
 4 Etzia – “Up”

 

   24
 5 Lisa Ajax – “I Don’t Give A”

 

   21
 6 Dismissed – “Hearts Align”

 

   19
 7 Allyawan – “Vart har du vart”

 

    12

Beləliklə, INFE Azerbaijan səsverməsinin nəticəsinə əsasən Melodifestivalen 2017 müsabiqəsinin ikinci yarımfinalından finala Mariette, ikinci şans turuna isə Etzia keçəcək. İkinci yerdə isə bərabərlik var. İkinci yerə – finala siz kimi uyğun görürsünüz? Roger ya Benjamin?

There are currently no comments.