Fransa əvvəlcədən tarix vermədən 9 fevral tarixində surpriz şəkildə Kiyevdə keçiriləcək Eurovision 2017 Mahnı Müsabiqəsi üçün öz təmsilçisini seçdi. Lyondan olan 28 yaşlı  Alexandra Maquet və ya səhnə adı ilə Alma Eurovision 2017 mahnı müsabiqəsində Fransanı  “Requiem” adlı mahnı ilə təmsil edəcək.

France 2 televiziyası Fransanın Eurovision 2017 təmsilçisini seçmək üçün 13 sentyabr 2016-cı il tarixdə təmsilçi eləcə də mahnı başvurularını qəbul etməyə başladı. Bu proses 30 noyabr 2016-cı il tarixə kimi davam etdi. Təmsilçilər üçün qoyulan tələblər 16-50 yaş aralarında olmaları və mahnıların 80%-nin fransız dilində olması idi. Mahnının digər 20%-i istənilən dildə ola bilərdi. Başvuranlar mahnısı olan bəstəkarlar, mahnısız müğəbnnilər eləcə də mahnısı olan müğənnilərdən ibarət idi. Hansı ki, televiziya uyğun gördüyü sənətçinin mahnısı olmasa idi onun üçün də göndərilən mahnılardan seçiləcəkdi. France 2 televiziyasının məlumatına görə 300-ə yaxın mahnı qəbul edilmişdi və 30 noyabr 2016 – 10 mart 2017 tarixlərində ən uyğun mahnı seçilib, mart ayı ərzində ictimaiyyətə təqdim olunacağnı demişdi. Amma surpriz bir şəkildə Fransa 9 fevral tarixində öz təmsilçisini açıqladı.

Qərardan sonra açıqlama verən Alma, ölkəsi Fransanı Eurovision Mahnı Müsabiqəsində təmsil etmək üçün onun seçilməsinindən böyük xoşbəxtlik və qürur duyduğunu açıqladı. Əlavə olaraq, ictimaiyyətin sevgisi və dəstəyi qarşısında müsabiqədə əlindən gələnin ən yaxşısını edəcəyini qeyd etdi.

“Requiem” mahnısının söz və musiqisi Nazim Khaledə məxsusdur. Hansı ki, Nazim Khaled Fransanın Eurovision 2016 mahnı müsabiqəsindəki təmsilçisi Amirin “J’ai cherche” mahnısının həmmüəllifi və produseri idi. Ötən ilki müsabiqədə Fransanı təmsil edən Amir sosial şəbəkələrdə öz hesablarından Almanı öz dəstəklədiyini bildirdi.

Fransanın bu ilki mahnısını buradan dinləyə bilərsiniz:

Almanın canlı performansını isə buradan dinləyə bilərsiniz:

  • Pharid

    Keçən ilki möhtəşəmliyi bu il Fransada görmədim 🙁