Ölkəmizi Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək 62-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək Diana Hacıyeva üçün tanıtım videosunun çəklişlərinə başlanıb.

Tanıtım çarxını ekranlaşdıran Sitarə İbrahimovadır.

Sitarə İbrahimova haqqında:

Sitarə İbrahimova Bakı Dövlət Universitetində psixologiya ixtisası üzrə təhsil almış (2004), daha sonra Praqa şəhərindəki Famu Universitetində fotoqrafiya ixtisasını üzrə oxumuşdur (2010). Əsərləri Avropada və Yaxın Şərqdə geniş şəkildə nümayiş etdirilmişdir. Onun portret obrazları Azərbaycan mədəniyyətində müasirliyin və ənənələrin vəhdətini təcəssüm etdirir.

Qeyd edək ki, təmsilçimiz may ayının 9-da keçiriləcək birinci yarımfinalın birinci hissəsində səhnəyə çıxacaq.

There are currently no comments.