Timebelle qrupu İsveçrənin “Die Entscheidungsshow 2017” seçim turunu qazanmaqla ölkəsini Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək 62-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək haqqı qazandı.

Sven Epiney və “Green Room”da (Yaşıl Otaq) Stefan Büsserin aparıcılıq etdiyi  “Die Entscheidungsshow 2017” seçim turunda 6 ifaçı qalibiyyət uğrunda mübarizə aparıb.

Gecənin sonunda isveç xalqının səsləri ilə “Apollo” adlı mahnı ilə Timebelle ölkəsini Kiyevdə təmsil etməyə haqq qazandı.

“Die Entscheidungsshow 2017” seçim turunun iştirakçıları:

  1. Nadya – Fire In The Sky
  2. Ginta Biku – Cet Air La
  3. Michele – Two Faces
  4. Freschta – Gold
  5. Shana Pearson – Exodus
  6. Timebelle – Apollo

Beləliklə İsveçrə Albaniya, Belarus, Gürcüstan, Finlandiya və Böyük Britaniyadan sonra həm təmsilçisni, həm də mahnısını seçən altıncı ölkə oldu.

Seçim turunun əsas interval aktında ölkənin 2014-cü il təmsilçisi Sebalter  yeni mahnısı “Weeping Willow”u ifa etdi.