İsveçrə milli finalı – Die Entscheidungsshow 2017  müsabiqəsini Timebelle qrupu qazanaraq, mayda ölkəsini Eurovision 2017 mahnı müsabiqəsində təmsil etməyə haqq qazandı.

Aparıcılığını Sven Epiney və Stefan Büsserin (Green room) etdiyi Die Entscheidungsshow 2017 müsabiqəsində 6 iştirakçı ölkəsini Eurovision 2017 mahnı müsabiqəsində təmsil etmək üçün mübarizə apardı və sonda Timebelle qrupu “Apollo” adlı mahnı ilə qələbə qazandı.

Qalib 100% tamaşaçı səsverməsi ilə seçildi, hansı ki 2000-ci ildən bu yana İsveçrə təmsilçisini bu yolla seçir.  Timebelle qrupu böyük səs fərqi ilə dünənki şouda qalib gəldi. Dünənki finalın iştirakçıları və aldıqları nəticə aşağıdakı kimidir:

  1. Nadya – “Fire In The Sky” – 2-ci yer – 18.02%
  2. Ginta Biku – “Cet Air La” – 4-cü yer – 8.31%
  3. Michele – “Two Faces” – 3-cü yer – 11.44%
  4. Freschta – “Gold” – 6-cı yer – 6.79%
  5. Shana Pearson – “Exodus” – 5-ci yer – 7.56%
  6. Timebelle – “Apollo” – Qalib – 47.88%

Die Entscheidungsshow 2017 müsabiqəsinin ara nümayişində ölkənin 2014-cü ildəki təmsilçisi Sebalter yeni  “Awakening” albomundan “Weeping Willow” singlenı səsləndirib. O, ölkəsini Kopenhagendə keçirilən müsabiqədə “Hunter of Stars” mahnısı ilə təmsil etmiş, finalda 64 xal ilə 13-cü olmuşdu.

Finaldan sonra mediya üzvlərinə açıqlama verən Timebelle üzvləri çox xoşbəxt olduqlarını və komandalarına təşəkkür etdiklərini bildiriblər.

Mahnını buradan dinləyə bilərsiniz:

Timebelle qrupu haqqında…

Timebelle qrupu Bern Universitetinde təhsil alan 5 oğlan tələbə tərfindən qurulmuş, zamanla isə tərkibində dəyişikliklər olmuşdur. Qrupun adı isə Bern şəhərinin ən görməli yerlərindən biri hesab olunan  Zytgloggedə yerləşən tarixi saatdan götürülmüşdür.  Zaman – zaman qrupda digər ölkələrdən olan ifaçılar belə çıxış etmiş, qrup beynəlmiləl rəngarəngliyi ilə seçilmişdir.

Photos from SRF

Qrupun üzvləri haqqında məlumat:

  • Mihai Alexandru – Qrupun produseri (Rumıniya)
  • Miruna Manescu – Əsas Vokalist (Rumıniya)
  • Samuel Forster – Zərb alətləri (İsveçrə)
  • Emanuel Daniel Andriescu – Saksafon, klarnet və piano (Rumıniya)

Qrupun əvvəlki üzvləri:

  • Rade Mijatović – Akkordion (Serbiya)
  • Christoph Siegrist – Gitara (İsveçrə)
  • Sándor Török – Bass (Macarıstan)

Timebelle qrupunun müsabiqədə ifa edəcəyi “Apollo” mahnısının müəllifləri Elias Näslin, Nicolas Günthardt və Alessandra Günthardtdır. Alessandra Günthardt bizlərə Eurovision  müsabiqəsindən tanışdır. Beləki o, 2014-cü ildə Azərbaycan təmsilçisi Dilarə Kazımovanın ifa etdiyi “Start a Fire” mahnısının Stefan Örn və Johan Kronlund ilə birlikdə həmmüəllifi idi.

Timebelle qrupu bundan əvvəl Die Entscheidungsshow 2015 müsabiqəsində ölkəsini Eurovision mahnı müsabiqəsində təmsil etmək üçün yarışmış və 2-ci olmuşdur.

 

 

There are currently no comments.