Eurovision Referans Qrupu, Eurovision mahnı müsabiqəsinə rəhbərlik və onu idarə etmək üçün ekspertlər komitəsidir. Referans qrupu 1998-ci ildə Avropa Yayım Birliyinin (EBU) Televiziya Komitəsi tərəfindən yaradılmışdır. Onun əsas vəzifələri Eurovision Mahnı Müsabiqəsinin gələcək formatını və inkişafını təsdiq etmək, eləcə də finans, modernləşmə, brendinq və yüksəlişində fərqliliklər yaratmaq və bunların təmin olunmasına nəzarət etməkdir.

Referans Qrupu ildə 4-5 dəfə bütün nümayəndə heyətləri adından görüşür və növbəti müsabiqə haqqında qərarlar qəbul edir. Referans Qrupu 1 sədr, Avropa Yayım Birliyinin Əyləncə Komitəsi tərəfindən seçilən 3 üzv (bunlar hər biri müxtəlif ölkələrdən olur və əksərən ölkələrin əvvəlki nümayəndə heyətləri bu vəzifəyə seçilir), 2 əvvəlki müsabiqənin icraedici produseri, eləcə də həmin ilin icracı produseri və Avropa Yayım Birliyinin Eurovision İcraedici Supervayzerindən ibarətdir.

Gəlin, Referans qrupu üzvlərini yaxından tanıyaq:

Dr. Frank-Dieter Freiling (Sədr) 

Şəkil – Blick.ch

Dr. Frank-Dieter Freiling (Almaniya) Eurovision Referans Qrupunun sədridir. 1987-ci ildən prestijli Frankfurter Allgemeine Zeitung üçün müstəqil jurnalist kimi çalışıb. Alman kanal ZDF-nin Beynəlxalq Münasibətlər üzrə direktoru təyin olunub. ZDF kanalı Eurovision Mahnı Müsabiqəsinin təmsilçi kanalı deyil, bu da demokratiklik üçün avantaj hesab olunur ki, sədr neytral kanaldandır. Ümumiyyətlə isə Almaniya Eurovision Mahnı müsabiqəsibndə ADR/NDR kanalları ilə təmsil olunur.

Jon Ola Sand (Avropa Yayım Birliyinin Eurovision İcraedici Supervayzeri)

Şəkil – Jon Ola Sand

Və ya digər adı ilə Mr. Eurovision 🙂 Jon Ola Sand 15 ildən artıq Norveç ictimai kanalı  NRK və Tv2 kanallarında çalışıb. O həmçinin Beynəlxalq Televiziya Mədəniyyəti və Elmləri Akedmiyasının üzvüdür. Hansı ki, bu akademiya Emmy mükafatı mərasimini təşkil edir. O, Nobel Sülh Mükafatı, Norveç Film Mükafatı, Norveçin Eurovision təmsilçisini seçmək üçün hər il keçirtdiyi Melodi Grand Prix və s. kimi məşhur pqoramların produseri və ya rejissoru olmuşdur. 1998-ci ildən 2005-ci ilə kimi Eurovision Mahnı Müsabiqəsində Norveç nümayəndə heyətinin rəhbəri olmuşdur. 2010-cu ildə Norveçdə keçirilən Eurovision Mahnı Müsabiqəsinin baş produseri olmuş, 2011-ci ildən bu yana isə Eurovision Mahnı Müsabiqəsinin icraedici supervayzeridir.

Edgar Böhm (2015-ci ildə keçirilən müsabiqənin baş produderi)

Şəkil – Eurovision.de

2015-ci ildə Avstriyada keçirilən Eurovision Mahnı Müsabiqəsinin Avstriya ictimai kanalı ORF tərəfindən baş produseri təyin edilmişdir. 2017-ci ilə kimi Referans Qrupunun üzvü olacaq.

Martin Österdahl (2016-ci ildə keçirilən müsabiqənin baş produderi)

Şəkil – Forum Bokförlag

2016-ci ildə İsveçdə keçirilən Eurovision Mahnı Müsabiqəsinin İsveç ictimai kanalı SVT tərəfindən baş produseri təyin edilmişdir. 2018-ci ilə kimi Referans Qrupunun üzvü olacaq.

Aleksander Radic (seçilmiş üzv – Sloveniya)

Şəkil – Portalanalitika.me

Eurovision Mahnı Müsabiqəsində Sloveniya nümayəndə heyətində dəfələrlə iştirak etmiş, EBU üzvü Sloveniya ictimai kanalı RTVSLO üçün çalışmış, 2015-ci ildə Referans Qrupuna 2 illiyə seçilmişdir.

Emilie Sickinghe (seçilmiş üzv – Niderland)

 Şəkil – Emilie Sickinghe

Eurovision Mahnı Müsabiqəsində 2010-cu ildən Niderland nümayəndə heyətinin rəhbəri olmuş, EBU üzvü Niderland ictimai kanalı AVROTROS üçün çalışmış, 2015-ci ildə Referans Qrupuna 2 illiyə seçilmişdir.

Nicola Caligiore (seçilmiş üzv –  İtaliya)

Şəkil – Eurovision.tv

Eurovision Mahnı Müsabiqəsində 2011-cu ildən İtaliyanın qayıdışından sonra nümayəndə heyətinin rəhbəri olmuşdur. Həmçinin İtaliyanın Eurovision MAhnı Müsabiqəsinə qaytarılmasında ən çox əməyi keçən şəxsdir. EBU üzvü İtalyan ictimai kanalı RAI üçün çalışmış, 2015-ci ildə Referans Qrupuna 2 illiyə seçilmişdir.

Victoria Romanova (cari ilin müsabiqəsinin baş produseri) 

Şəkil – NTU

Ukrayna ictimai kanalı NTU tərəfindən bu il Victoria Romanova, Oleksander Kharebin ilə birlikdə Eurovision mahnı müsabiqəsinin baş produseri təyin olunmuş, lakin Referans Qrubuna üzv Victoria Romanova təyin olunmuşdur. Bundan əlavə Romanova 2013-cu ildə Ukraniyada keçirilən Uşaq Avroviziya Mahnı Müsabiqəsinin baş produseri olmuş və son illər Ukraynanın Eurovision Mahnı Müsabiqəsində Nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışmışdır.

 

 

There are currently no comments.