Bu axşam Melodifestivalen 2017 müsabiqəsinin birinci yarıfinal ilə İsveç öz Eurovision təmsilçisini seçməyə başlayır. Melodifestivalen 2017 müsabiqəsi 4 yarıfinal, ikinci şans və final şoularından ibarət olacaq. Juri və tamaşaçı səsverməsi ilə hər yarıfinaldan 2 iştirakçı birbaşa finala, 2 iştirakçı isə ikinci şans şousuna adlayacaq. İkinci şans şousundan isə 4 iştirakçı finala vəsiqə qazanacaq və beləliklə finalda 12 iştirakçı iştirak edəcək.

Bu ilki Melodifestivalen mahnı müsabiqəsinin təqvimi aşağıdakı kimidir:

  • Birinci Yarıfinal – 4 fevral – Scandinavium, Gothenburg
  • İkinci Yarıfinal – 11 fevral – Malmö Arena, Malmö
  • Üçüncü Yarıfinal – 18 fevral – Vida Arena, Växjö
  • Dördüncü Yarıfinal – 25 fevral – Skellefteå Kraft Arena, Skellefteå
  • İkinci Şans – 4 mart – Saab Arena, Linköping
  • Final – 11 mart –  Friends Arena, Stokholm

Bu axşamkı birinci yarıfinalda iştirak edəcək iştirakçılar isə bunlardır:

  1. Boris René – “Her Kiss”
  2. Adrijana – “Amare”
  3. Dinah Nah – “One More Night”
  4. De Vet Du – “Road Trip”
  5. Charlotte Perrelli – “Mitt liv”
  6. Ace Wilder – “Wild Child”
  7. Nano – “Hold On”

Biz də INFE Azerbaijan olaraq bu axşamkı Melodifestivalenin birinci yarımfinalını qiymətləndirdik. Səsvermədə iştirakçı jurilər olaraq – INFE Azerbaijan prezidenti Orxan Ağayev, INFE Azerbaijan xəbərlər üzrə baş redaktoru Abdulla Həsənli və INFE Azerbaijan üzvləri Sərxan Khan, Xalisə Hüseyn, Seymur Məmmədov, Orxan Nadirov iştirak ediblər. Əvvəlcə hər iştirakçı jurinin səslərinə ayrı-ayrılıqda baxıb, daha sonra isə ümumi nəticəni qeyd edəcəyik. Belə ki, iştirakçı jurilərin ayrı-ayrılıqda iştirakçılar üçün sıralamaları belədir:

Orxan Ağayev Abdulla Həsənli Sərxan Khan Xalisə Hüseyn Seymur Məmmədov Orxan Nadirov
1 Boris René 1 Ace Wilder 1 Ace Wilder 1 Boris René 1 Dinah Nah 1 Nano
2 Charlotte Perrelli 2 Nano 2 Nano 2 Nano 2 Nano 2 Ace Wilder
3 De Vet Du 3 Dinah Nah 3 Boris René 3 Ace Wilder 3 Ace Wilder 3 Adrijana
4 Nano 4 Boris René 4 Charlotte Perrelli 4 Charlotte Perrelli 4 Adrijana 4 De Vet Du
5 Dinah Nah 5 Adrijana 5 Dinah Nah 5 Dinah Nah 5 De Vet Du 5 Dinah Nah
6 Adrijana 6 Charlotte Perrelli 6 Adrijana 6 Adrijana 6 Boris René 6 Boris René
7 Ace Wilder 7 De Vet Du 7 De Vet Du 7 De Vet Du 7 Charlotte Perrelli 7 Charlotte Perrelli

Sıralamaları 1-7 arasında qiymətləndirib, həmin iştirakçılar üçün xalları topladıqda isə ümumi xallar aşağıdakı kimidir:

Yer             İştirakçı Ümumi xal
   1 Nano – “Hold On”       35
   2 Ace Wilder – “Wild Child”       31
   3 Boris René – “Her Kiss”       27
   4 Dinah Nah – “One More Night”       24
   5 Charlotte Perrelli – “Mitt liv”       18
   6 Adrijana – “Amare”       18
   7 De Vet Du – “Road Trip”       15

Beləliklə, INFE Azerbaijan səsverməsinin nəticəsinə əsasən Melodifestivalen 2017 müsabiqəsinin birinci yarımfinalından finala Nano və Ace Wilder, ikinci şans turuna isə Boris René və Dinah Nah keçəcək. Baxaq görək əsl nəticələr necə olacaq.

There are currently no comments.