Hər il Azərbaycan mahnısı açıqladıqdan sonra, sosial şəbəkələrdə qızğın müzakirələr başlayır. Bir qrup insan mahnının niyə xarici bəstəkarlar tərəfidən yazıldığını, digər qrup isə müsabiqəni yenidən qazanacağımız təqdirdə  nələrin baş verəcəyini müzakirə edir. Buna əsas səbəb isə son zamanlar Azərbaycanın ev sahibliyi etdiyi sayısız beynəlxalq tədbirlər və Azərbaycan iqtisadiyyatında yaşanan durğunluqlardır.

 

        İlk öncə 2012-də nələrin olduğunu xatırlayaq: 2011-ci ildə, Avroviziyada 4-cü iştirakımızda qalib gəldik. Bütün ölkə  sevinc və qürurla daşırdı .Bir müddətdən sonra hazırlıqlara başlanıldı və əsas məsələ Bakıda müsabiqənin keçirilməsi üçün normal bir arenanın olmaması idi. Yeni arenanın tikilməsinə qərar verildi. Arenanın tikilməsi və şəhərdəki yenidən qurma işləri xeyli miqdarda pul apardı. Bəzi Avropa ölkələrinin Azərbaycan əleyhinə apardığı kompaniyalar, ölkəmizə gözləniləndən az turist gəlməsinə səbəb oldu. Bizdən öncəki qalib-Almaniyadan fərqli olaraq, Azərbaycan müsabiqədən gəlir götürə bilmədi. Lakin, Azərbaycana gələn jurnalistlər sözün əsl mənasında ölkəmizin qonaqpərvərliyindən və yüksək təşkilatçılığından heyrətlənmişdilər. Ölkəmizə gəlməkdən imtina edən turistlər isə öz peşmanlıqlarını dilə gətirmişdilər.

        Əgər Avroviziyada qalib gəlsək, bu dəfə müsabiqədən milyonlarla gəlir əldə edəcəyik. Artıq, arenamızın olması, Bakının həm 2012-də, həm də 2016 Avropa Oyunlarında əsaslı təmiri müsabiqəyə daha az pulun xərclənməsinə səbəb olacaq. Müxtəlif ölkədən gələcək turistlərin xarici valyuta gətirməsi, ölkəmizdə qalacaqları təxmini bir həftə ərzində yaşayış xərcləri və s. ölkə büdcəsinin xeyrinə olacaq. Müsabiqənin hər il 200 milyona yaxın insan tərəfindən bütün qitələrdə izləndiyini nəzər alsaq, müsabiqə bitdiksən sonra da Azərbaycana gələn turistlərin sayı artacaq və ölkəmiz daha da tanınacaq. Onsuz da Azərbaycanı dünyada əsas tanıdan vasitə Avroviziya olub. Azərbaycan bu dəfə müsabiqəyə sadəcə 20-30 milyon xərcləyəcək. Ona görə də gəlin bu dəfə birinci olmamağımız üçün dua etməyək və təmsilçimiz Diana Hacıyevanı dəstəkləyək.

There are currently no comments.