İctimai Televiziya (ITV), Azərbaycanın Avroviziya 2017 Mahnı Müsabiqəsinin yayımçısı Ukraynanın Kiyev şəhərində may ayında ölkəmizi təmsil edəcək Diana Hacıyevanın ifa edəcəyi mahnının seçimini açıq elan edir.

Müstəqil bəstəkarlar mahnıların audio yazısı və mətnini, həmçinin özləri barədə əsas məlumatı təqdim etməlidirlər. Mahnı maksimum 3 dəqiqə olmalı və Avroviziya 2017-nin qaydalarına uygun olmalıdır: (http://www.eurovision.tv/upload/2017/2017_ESC_rules_EN_FINAL_PUBLIC-08-07-2016.pdf). Mahnını təqdim edəcək bəstəkarlar üçün milli mənsubiyyət məhdudiyyəti yoxdur. Onlar mahnını eurovision2017@itv.az elektron ünvanına göndərməyə dəvət olunurlar. Seçim dövrü Fevralın 10-u 2017 tarixinə qədərdir.

Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan 2008-ci ildən uğurla çıxış etməyə başlamışdır. 2011-ci ildə Ell və Nikki-nin ifa etdikləri Running Scared mahnısı ilə ölkəmizi müsabiqənin qalibi olmuşdur. Azərbaycan 2012-ci ildə Bakıda 42 ölkə nümayəndələrinin iştiraki ilə keçirilən müsabiqəyə ev sahibliyi etmişdir.

Mənbə: İTV

There are currently no comments.