Bu gün Avroviziya Mahnı Müsabiqəsi 2017-də iştirak edəcək ölkələrin hansı yarımfinallarda mübarizə aparacaqlarına aydınlıq gətirən püşkatma mərasimi ev sahibi şəhər Kiyevdə baş tutdu.
Ukraynın iki Eurovision qalibi – Camala və Ruslananın  iştirak etdiyi mərasimdə müsabiqənin rəmzi açarı Stokholm Şəhər Şurasının prezidenti xanım Yeva-Luiza Erlandsson Slorak tərəfindən Kiyevin meri Vitali Kliçkoya təqdim edilib.

Almaniyanın və İsveçrənin ictimai kanallarının xahişi ilə hər iki ölkə ikinci yarımfinalda iştirak edəcək. Beləliklə 18 ölkə May ayının 9-da keçirləcək birinci yarımfinalda, 19 ölkə isə mayın 11-i keçirləcək ikinci yarımfinalda mübarizə aparacaq.

Diana Hacıyevanın təmsil edəcəyi ölkəmiz birinci yarımfinalın birinci hissəsində səhnəyə çıxacaq.

Birinci Yarımfinalın Birinci hissəsi:

  • Albaniya
  • Avstraliya
  • Azərbaycan
  • Belçika
  • Finlandiya
  • Gürcüstan
  • İsveç
  • Monteneqro
  • Portuqaliya

Birinci Yarımfinalın İkinci hissəsi:

  • Çexiya Respublikası
  • Ermənistan
  • İslandiya
  • Kipr
  • Latviya
  • Moldaviya
  • Polşa
  • Sloveniya
  • Yunanıstan

 İkinci yarımfinalın Birinci hissəsi:

  • Avstriya
  • Danimarka
  • İrlandiya
  • Hollandiya
  • Macarıstan
  • Makedoniya
  • Malta
  • Rumıniya
  • Rusiya
  • Serbiya

İkinci yarımfinalın İkinci hissəsi:

  • Belarus
  • Bolqarıstan
  • Estoniya
  • Xorvatiya
  • İsrail
  • İsveçrə
  • Litva
  • Norveç
  • San Marino

Böyük beşlik ölkələri və ev sahibi birbaşa finalda mübarizə aparacaq. İtaliya, İspaniya və Birləşmiş Krallıq birinci yarımfinalda, Almaniya, Ukrayna və Fransa isə ikinci yarımfinalda səs verəcək.

 

There are currently no comments.