Bu gün Ukraynanın dövlət televiziyası paytaxt Kiyevdə keçiriləcək 62-ci Avroviziya Mahnı Müsabiqəsinin loqo və şüarını ictimayyətə təqdim etdi.

Ukraynanın ictimai kanalı  NTU keçən ildən fərqli olaraq bu il  “Müxtəlifliyi Bayram Edək” deyərək Avropanın fərqliliklərinin əhəmiyyətini vurğulamağa çalışacaq.

Bu ilki müsabiqənin mövzusu ev sahibi ölkə, Ukraynanın tarixi və mədəniyyətində əsas yerlərdən birini tutan bir parçanın yaradılması yolu ilə göstərilir. Loqo ‘Namysto’ olaraq bilinən ənənəvi zərgərlik nümunəsi şəklində hazırlanıb. Bu zərgərlik nümunəsi Ukrayna mədəniyyətində qoruyucu gözmuncuğu və “gözəllik və sağlamlıq simvolu” kimi də tanınır.

Qeyd edək ki, müsabiqənin markasını yaratmaq məqsədi ilə 2004-cü ildən bəri hər bir ev sahibi kanal müsabiqə üçün loqo və şüar müəyyənləşdirir.

There are currently no comments.