Böyük Britaniya Ukraynanın paytaxtı Kiyevdə keçirləcək 62-ci Avroviziya Mahnı Müsabiqəsi üçün  təmsilçisini “You Decide” (Sən qərar ver) adlı seçim turu ilə seçdi.

BBC 2 kanalında yayımlana proqramda 6 iştirakçı Britanıyanın bu ilki siması olmaq uğurunda mübarizə aparıb:

  • Olivia Garcia – Freedom Hearts
  • Holly Brewer – I Wish I Loved You More
  • Lucie Jones – Never Give Up on You
  • Danyl Johnson – Light Up the World
  • Salena Mastroianni – I Don’t Wanna Fight
  • Nate Simpson – What Are We Made Of

Seçim turunun qalibi xalqın və 5 peşəkar musiqiçi, 3 panelistin daxil olduğu münsif heyətinin səsləri ilə məlum olub. Gecənin sonunda “Never Give Up on You” adlı mahnı ilə qalib olan Lucie Jonesı ölkəsinin altmışıncı təmsilçisi olaraq Avroviziya Mahnı Müsabiqəsinə gedəcək.

Qeyd edək ki, Eurovision qalibimiz Nigar Camal və Alexander Rybak gecənin qonaqları arasında olub. Nigar, Avroviziya Mahnı Müsabiqəsinin direktoru Yon Ola Sand və Alexander Rybak ilə birlikdə  şou qabağı  Scott Millsin aparıcılıq etdiyi “Q&A session”da (Suallar&Cavablar) iştirak edib.

 

There are currently no comments.