Eurovision qalibimiz Eldar Qasımov “Tell me about Love” adlı mahnıya çəkilmiş klipi mediaya təqdim edib.

Klip qəmli sevgi hekayəsindən bəhs edir, hansı ki, bir çox sınaqlardan keçib, lakin bir şeyə qalib gələ bilmir – sadiqlik. “Ekstremal soyuq hava şəraiti, yaradıcı heyətin yüksək hərarəti, generatorun işlək vəziyyətdən çıxması və hətta yandırılmış avtobus – bunların hamısı mənim klipimdə baş verdi. İnanıram ki, yeni mövsümdə təqdim etdiyim ilk klip bəyəniləcək”. – Eldar Qasımov qeyd edib.

Qeyd edək ki, bəstənin müəllifləri Eldar Qasımov və Orxan Bağırovdur. Klipin prodüseri isə məşhur İsveç bəstəkarı İohan Yembtberqdir. Ekran işinin ərsəyə gəlməsində əməyi olan komanda “Empire Entertainment”dir. Klipin rejissoru və ssenari müəllifi gənc və istedadlı İlkin Şirinli, videonun musiqi redaktoru Aleks Anişenko, quruluşçu prodüseri Murad Qurbanov, “Empire Entertaiment”in baş direktoru Ömər Əbdülkərimovdur. Klipdə əsas rollarda “Alarm Dance Crew”un rəqqasları Leyli Mişina, Ramil Məmmədli çıxış ediblər.

There are currently no comments.