Ukraynaın paytaxtı Kiyevdə keçiriləcək Eurovision 2017 mahnı müsabiqəsinin püşk atma mərasimi yanvar ayının 31-i saat 11:00-da (Avropa saatı) keçiriləcək.
Təşkilatçılar qonşu ölklərin bir-birinə səsverməsi və digər mənfi halların baş verməməsi üçün keçmişdəki səsvermələri nəzərə alaraq iştirakçı ölkələri 6 səbətə bölüb. Ölkəmiz üçüncü səbətdə yer alıb:

1. Azərbaycan 
2. Belarus
3. Gürcüstan
4. İsrail
5. Rusiya
6. Ermənistan

Qeyd edək ki, bu mərasimdə həm də Kiyevin meri Vitaliy Klychkova Eurovision 2017 açarı təqdim olunacaq və bununlada Kiyevin Eurovisiona ev sahibliyi rəsmi olaraq başlayacaq.

Müsabiqənin final mərhələsi Kiyevdə mayın 13-də, yarımfinallar isə mayın 9-da və 11-də keçiriləcək. Ölkəmizi Kiyevdə Diana Hacıyeva təmsil edəcək.

Birinci səbət:
1. Albaniya
2. Makedoniya
3. Çernoqoriya
4. Sloveniya
5. Xorvatiya
6. Serbiya
7. İsveçrə
İkinci səbət:
1. Danimarka
2. Finlandiya
3. Norveç
4. İslandiya
5. Estoniya
6. İsveç
Dördüncü səbət:
1. Macarıstan
2. Kipr
3. Yunanıstan
4. Rumıniya
5. Moldova
6. Bolqarıstan
Beşinci səbət:
1. Portuqaliya
2. Avstraliya
3. Çex Respublikası
4. Malta
5. Avstriya
6. San Marino
Altıncı səbət :
1. Belçika
2. Niderland
3. İrlandiya
4. Latviya
5. Litva
6. Portuqaliya
There are currently no comments.